23 İyul 2017 00:37
3 587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düzünü desək, qidalanarkən hansı saatda nə yediyimizə o qədər də əhəmiyyət vermirik. Burda pis heç nə yoxdur, amma əksər hallarda yeməkdən sonra hiss etdiyimiz narahatçılıq, durmadan artan çəkimiz bizi düşünməyə vadar edir. Çünki doğrudan da hər hansı qida öz zamanında yeyilmədikdə hər cür narahatlığa səbəb ola bilər. Məhz bu səbədən mütəxəssislər hansı qidaları günün hansı vaxtında yemək olar deyə bir cədvəl hazırlayıblar.

Teleqraf.com bununla bağlı araşdırmanın nəticələrini təqdim edir.

Kəsmik

Yaxşı vaxt - Gündüz

Həzmə kömək edir;

Həzm sistemini sakitləşdirir.

Pis vaxt - Axşam

Əgər siz soyuqdəymə ilə bağlı xəstəliklərinə meyllisinizsə, xüsusilə tövsiyə edilmir. Çünki seliyin yaranmasına imkan yaradır.

Düyü

Yaxşı vaxt - Gündüz

Gündüz maddələr mübadiləsi daha sürətli olur. Nəticədə karbohidratların kalorisi yaxşı yanır.

Pis vaxt - Axşam

Artıq çəki yaradır

Alma

Yaxşı vaxt – Səhər

Tərkibindəki pektin hüceyrələrinin sayəsində mədə-bağırsaq traktını yaxşılaşdırır;

Pektin eyni zamanda orqanizmdən kanserogen maddələri uzaqlaşdırır.

Pis vaxt – Gecə və yatmamışdan öncə

Orqanik turşular mədədə turşuluğu artıraraq diskamfort yaradır.

Pektin isə gecə vaxtı həzm sisteminin işinin yüklənməsinə səbəb olur.

Şirniyyat

Yaxşı vaxt – Səhər

Orqanizmin istehsal etdiyi insulin səhərlər şəkərlə yaxşı mübarizə aparır;

Qəbul edilən kaloriləri bütün gün ərzində xərcləmək imkanı olur.

Pis vaxt – Gecə

Şəkər artıq çəki yaradır

Şəkər həzm sisteminin fəaliyyətini ləngidir və narahat yuxuya səbəb olur.

Banan

Yaxşı vaxt – Nahar vaxtı

Yüksək lif tərkibinə görə banan həzmə yaxşı təsir edir;

Banan — təbii antasid (turşluq dərəcəsini aşağı salır), mədə qıcqırmasını neytrallaşdırır.

Pis vaxt – Axşamdan sonra

Soyuqdəyməyə və seliyə səbəb ola bilər.

Boş mədəyə yeyilən banan tərkibindəki yüksək miqdarda maqneziuma görə narahatlığa səbəb ola bilər.

Ət və ət məhsulları

Yaxşı vaxt – Gündüz

Ət həzm üçün olduqca mürəkkəb məhsuldur;

Yüksək miqdarda zülala sahib olduğu üçün fiziki gücü artırır. Diqqəti yaxşılaşdırır.

Pis vaxt – Axşam

Gecə yeyilmiş zülallı qida həzm sistemində ağırlıq yaradır və narahat yuxuya səbəb olur.

Paxlalı bitkilər

Yaxşı vaxt - Axşam

Lif baxımından zəngin olan paxlalı bitkilər həzmə kömək edir, xolesterinin səviyyəsini aşağı salırlar.

Tədqiqatlar sübut etdir ki, bu qidalar yaxşı yuxuya imkan yaradırlar.

Pis vaxt- Səhər

Səhər və günorta paxlalı qida qəbul etməklə risk etmiş olursuz. Belə ki, onun iştaha gətirici xüsusiyyəti sizə artıq qidalanmaya və kilo almağa səbəb ola bilər.

Qoz

Yaxşı vaxt - Axşam

Tərkibi Omeqa-3, yağ, antioksidant və digər yararlı maddələrlə zəngindir. Bu zəngin tərkib beynin fəaliyətini gücləndirir.

Pis vaxt – Səhər, günorta və gecə

Bu radələrdə qozun orqanizmə faydası o qədər də çox olmur.

Əncir və ərik

Yaxşı vaxt – səhər tezdən

Maddələr mübadiləsini sürətləndirir

Həzm sistemini stimullaşdırır

Pis vaxt – Axşam

Həzmsizliyə səbəb olur, qaz yaradır.

Pendir

Yaxşı vaxt – Səhər tezdən

Bu qida bir sıra veqetaryanlar üçün əti əvəzləyən ən yaxşı vasiə hesab edilir

Az miqdarda da olsa çəki artımının qarşısını alır.

Pis vaxt – Axşam

Həzm üçün narahatlıq yaradır ki, bu da çəki artımına səbəb olur.

Süd

Yaxşı vaxt - Gecə

İsti süd orqanizmi sakitləşdirir və yuxunu yaxşılaşdırır.

Pis vaxt – Səhər

Toxluq hissi yaratmaqla sizi qidadan uzaqlaşdıra bilər ki, bu da günlük qidalanma rejiminin pozulmasına gətirib çıxarar.

Hə, bu da məhsulların spesifikasına uyğun olaraq düzgün qəbul edilməsi. Lakin heç kim bu cədvəl üzrə qidalanmaya məcbur edilə bilməz.

Necə deyərlər hücumdan xəbəri olan yaxşı müdafiə oluna bilər. Yemək üçün yox, yaşamaq üçün yeyənlər onsuz da nə etmək olduğunu yaxşı bilirlər.


Müəllif: Elçin Murad