16 Noyabr 2017 18:33
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya Prezidenti Juan Manuel Santosa kokain çəkməyi məsləhət görüb.

Teleqraf.com xəbər verir ki, bu sözləşmə iki ölkənin münasibətlərinin kəskin pisləşməsi fonunda baş verib.

Qeyd edək ki, Kolumbiya birtərəfli şəkildə Venesuela ilə dərman ticarətini dayandırmaq haqda qərar qəbul edib.

Kolumbiyanın bu addımı Venesuela rəhbərliyinin kəskin etirazına səbəb olub.

Hazırda Venesuela dərman qıtlığından əziyyət çəkir.

Prezident Maduro bu addıma görə Kolumbiya prezidenti Santosu kəskin tənqid edib: “Santos bilsin ki, Kolumbiyadan dərman almayacağıq. Bu dərmanları sən özün istifadə elə. Onsuz da biz Hindistandan dərman alırıq. Dərmanlarını və narkotik vasitələrini özünə saxla, kokaini özün çək”.


Müəllif: Cavad