13 May 2014 17:16
758

Bu gün müdafiə sənayesi naziri Yavər Camalov Cənubi Afrika Respublikasının Azərbaycandakı səfiri Vika Xumalo ilə görüşüb.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazir Yavər Camalov səfirə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumat verib.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi üzrə mövcud olan hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib.

Səfir səmimi qəbula görə minnətdarlığını bildirib.

BƏXTİYAR


Müəllif: