17 May 2016 17:12
1 588

İtaliyanın Roma şəhərinin Flyumiçino aeroportunda məşhur ginekoloq Severino Antinori saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, xəstələrinin yumurta hüceyrələrini oğurlamaqda ittiham olunur.

İlkin dindirilmə zamanı həkim bunu eksperiment üçün etdiyini bildirib. Məlumatlara görə, həkin haqqında ittihamı 24 yaşlı İspaniya vətəndaşı irəli sürüb və polisə müraciət edib.

Gənc qadın iddia edib ki, bir müddət öncə Romanın "Matris" xəstəxanasında müalicə alıb: "Orda qaldığım müddətdə Antinori mənim yumurta hüceyrələrimi icazəsiz əldə edib. Hadisə 2016-cı ilin aprelin 5-də baş verib. Həkim qaldığım palataya girdi və mənim təcili əməliyyat edilməli olduğumu dedi. Ancaq mən imtina etdim. Antinori mənim telefonumu zorla əlimdən aldı və bədənimə keyləşdirici vurdu. Bir neçə gün sonra özümə gəldim və polisə xəbər vermək istədiyimdə həkim məni ölümlə təhdid etdi. Amma buna fikir vermədim və polisə şikayət etdim. Antinori saxlanılıb. Ancaq mənim telefonum hələ də tapılmayıb".

Qadının şikayətindən sonra saxlanılan Antinori bildirib ki, qadın əməliyyat müqaviləsinə qol çəkib. Ancaq Roma polisi bunun yalan olduğunu üzə çıxarıb. Məlum olub ki, həkim müqaviləyə qol çəkməsi üçün qadını hədələyib.

Qeyd edək ki, qadın ixtisasça tibbi işçisidir. Antironi ilə isə təsadüfən Milanda tanış olub. İtaliyalı həkim tanışlığın ardından qadına 1700 avro maaş, qalmaq üçün yer və gündəlik qidalanma qarşılığında öz klinikasında iş təklif edib. Növbəti görüş zamanı qadın Antinoriyə yumurtalığında kistanın olduğunu deyib, həkim öz növbəsində müalicə təklif edib və bütün hadisələr bundan sonra baş verib.

Elvin


Müəllif: