28 Aprel 2017 13:59
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yeni təklifi var.

Teleqraf.com xəbər verir ki, bu təklif partiyanın Gənclər Təşkilatının sədri Murad Əliyev bir qrup fəalla görüşü zamanı açıqlayıb. Bundan sonra görüş iştirakçılarının ümumi razılığı əsasında müraciət qəbul olunub.

ALDP Gənclər Təşkilatı adından qəbul edilən müraciətdə təklif edilib ki, 1920-ci il aprelin 28-i Qırmızı ordunun Azərbaycanı işğal etməsi İşğal Günü kimi qeyd olunsun.

Qeyd edək ki, 1991-ci ilin 18 oktyabrında qəbul edilən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında qeyd olunub ki, 1920-ci ilin 28 apreli işğal aktıdır.

Cavad


Müəllif: