22 Sentyabr 2017 15:43
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə layihəsi çərçivəsində DQİDK-nın və Azərbaycan Respublikasında fəaliyyət göstərən dini icmaların nümayəndələri bu il sentyabrın 26-27-də Brüsseldə səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Avropa Parlamentinin vitse-prezidenti, parlamentin Avropa Xalq Partiyasından olan deputat qrupu, Belçikada fəaliyyət göstərən dini icma və qeyri-hökumət təşkilatları ilə görüşəcək.

Həmçinin NATO-nun Baş Qərargahında bu qurumun Baş katibinin müavini ilə görüş nəzərdə tutulur.

Azərbaycandan gedəcək nümayəndə heyətinin tərkibinə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli, Qafqaz Müsəlmanların İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev, İlahiyyat məscidinin imamı Ceyhun Rüstəmov, Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbəri Aleksandr Şarovski, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Elnur Əfəndiyev, “Həyat sözü” protestant icmasının rəhbəri Rasim Xəlilov daxildir.


Müəllif: Cavad