25 Sentyabr 2017 13:52
805
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) yeni təkliflə çıxış edib.

Teleqraf.com xəbər verir ki, partiyanın İdarə Heyətinin toplantısında bələdiyyə və parlament seçkilərinin eyni gündə keçirilməsilə bağlı təşəbbüsün irəli sürülməsi müzakirəyə səbəb olub.

Çıxışçılar qeyd ediblər ki, üç il ərzində dalbadal keçirilən seçkilərə millyonlarla pul xərclənir. Bu millyonlara qənaət etmək üçün bələdiyyə və parlament seçkilərinin eyni ildə, eyni gündə keçirilməsi məqsədəuyğun hesab etmək olar.

Hökumətə müvafiq təkliflər paketin hazırlanması qərara alınıb.


Müəllif: Cavad