18 May 14:17

Milli Məclis “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi barədə müzakirələri üçüncü oxunuşda davam etdirib.

Teleqraf.com xəbər verir ki, qanun layihəsi haqqında vitse-spiger Valeh Ələsgərov məlumat verib.

O Bildirib ki, dəyişikliklər əsasən, texniki xarakterlidir: "Eyni zamanda deputatların irəli sürdüyü təkliflər nəzərə alınıb".

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev isə deyib ki, bəzi məsələlərə dəqiq aydınlıq gətirilməlidir:
“Azad iqtisadi zonada mübahisələrin həlli məsələsi var. Qanunla hər bir vətəndaş mübahisəli məsələlərlə bağlı məhkəməyə müraciət edə bilər. Eyni zamanda əmək qanunvericiliyi, insan haqları ilə bağlı heç bir struktura ayrıca səlahiyyət verilə bilməz. Bu qanunlara ziddir. Həmin zonada da Azərbaycanın qanunları işləməlidir”.

Valeh Ələsgərov isə xatırladıb ki, bu məsələ Qüdrət Həsənquliyev tərəfindən bir neçə dəfə qaldırılıb:

“İşçi qrupu olaraq biz bu aylar ərzində xarici mütəxəssislərlə, tanınmış hüquqşünaslarla müzakirələr aparmışıq. Qeyd edim ki, əmək münasibətləri, ətraf mühitin qorunması qabaqcıl təcrübə və beynəlxalq standartlara uyğun şəkildə öz həllini tapacaq”.


Müəllif: Nemət
Загрузка...