26 May 2017 08:35
1 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nyu-York sakini 24 milyon dollar udaraq milyonçu olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs 2016-cı ilin 25 may tarixində lotereya bileti alıb. Lakin sonradan biletin böyük pullar uda biləcəyinə inanmayaraq mənzilinin bir küncünə atıb.

Gənc 2016-cı ildə lotereya tirajında 24 milyon dolların udulduğunu, lakin bilet sahibinin hələ də üzə çıxmadığını eşidən kimi otağın künçünə tulladığı kağız-kuğuzları eşələyərək oradan bileti tapıb. Bileti yoxladan şəxs gözlərinə inanmayıb. 24 milyona sahib olan gənc hazırda özünü çox şanslı və xöşbəxt sayır.

Qeyd edək ki, mayın 25-də biletin etibarlılıq müddəti başa çatacaqmış. Şanslı şəxs mayın 23-də bileti lotereya oyununun təşkilatçılarına təqdim edərək 24 milyon dolların sahibi olub.

Qanuna əsasən lotereya bileti uduşa düşərsə bir il etibarlı sayılır.

Cavad


Müəllif: Teleqraf.com