24 Aprel 2014 15:21
507

Sabah Bakıda MDB Elektroenergetika Şurasının 45-ci iclası keçiriləcək.

Tədbirdə Azərbaycan, Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Türkmənistan respublikalarının müvafiq qurumlarının yüksək rütbəli nümayəndələri iştirak edəcək. İclasda 2013-2014-cü illərin payız-qış mövsümündə Şuraya üzv ölkələrin enerji sistemlərinin işinin yekunları, ətraf mühitin qorunması, enerji effektivliyi, bərpa olunan enerji mənbələri, qarşılıqlı əməkdaşlıq məsələləri, 2015-ci il üçün tədbirlər planı və digər məsələlərin müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, MDB-nin Elektroenergetika Şurası və onun iş orqanı olan İcra Komitəsi 1992-ci ilin fevral ayında yaradılıb. Komitənin əsas vəzifəsi şuraya üzv ölkələr arasında elektroenergetika sistemlərinin effektli fəaliyyətinin koordinasiyasını təmin etməkdən ibarətdir. MDB dövlətləri Elektroenergetika Şurasının iclası Bakıda üçüncü dəfə təşkil olunub. Birinci iclas 2004-cü ildə, ikinci iclas isə 2009-cu ildə keçirilib.

SEVİNC


Müəllif: