16 Yanvar 2018 21:42
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetinin (BSU) yataqxanalarında məskunlaşan məcburi köçkünlər yeni mənzillərə köçürüləcək.

Teleqraf.com xəbər verir ki, bunu "Trend"ə açıqlamasında universitetin rektoru Nurlana Əliyeva deyib.

Professor BSU-nun ümumilikdə 4 yataqxanasının olduğunu bildirib: "Onun üçündə məcburi köçkünlər yerləşdirilib. Qalan digər yataqxananın da bir mərtəbəsində 26 köçkün ailəsi yaşayır. Həmin yataqxanada həm əcnəbi, həm yerli tələbələr, həm də xaricdən universitetimizə dəvət edilmiş müəllimlər yaşayırlar".

Rektor qeyd edib ki, ötən il həmin yataqxanada cari təmir işləri aparılıb: "Bu yaxınlarda bizə belə bir gözəl xəbər verilib ki, yataqxanadakı köçkünlər başqa mənzillərə köçürüləcəklər. Bu isə bizim üçün əlavə imkanlar deməkdir, yəni əcnəbi tələbə və müəllimlərimizin sayını artıra, eyni zamanda, əməkdaşlıq etdiyimiz xarici universitetlərin tələbələri üçün Yay məktəbləri təşkil edə bilərik".


Müəllif: Teleqraf.com