21 Yanvar 2018 16:12
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakının üç qəsəbəsində içməli su təchizatında məhdudiyyətlər yaranıb.

Azərsu ASC-dən Teleqraf.com-a verilən məlumata görə, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrnin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Məlumatda bildirilib ki, içməli suyun verilişində fasilə yanvarın 22-də günün birinci yarısına qədər davam edəcək.


Müəllif: Teleqraf.com