13 Fevral 18:04
273

Əlilliyin müəyyən edilməsində bir çox mərhələlərdən keçilməsi bir neçə ildir aradan qaldırılıb.

2015-ci ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu məsələ həllini tapıb.

Teleqraf.com xəbər verur ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsinin müzakirəsi zamanı millət vəkillərinin səsləndirdikləri fikirlərə münasibət bildirərkən deyib.Nazir müavini əlavə edib ki, bir neçə il əvvəl əlilliyin müəyyən edilməsi zamanı rüşvət halları olurdu.

“Lakin bu gün bu işin təmassız həyata keçirilməsi problemləri aradan qaldırıb. Əlillərin reabilitasiyası üçün bütün lazımı tədbirlər həyata keçirilib. İş yerlərində kvota məsələsinə gəldikdə, "Məşğulluq haqqında" qanunda da əlillik haqqında kvota müəyyən edilib. Bu qanun layihəsinə təkrar kvotanın əlavə edilməsinə ehtiyac yoxdur”.

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib. Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.


Müəllif: Cavad