24 Aprel 2018 09:54
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qatarımızın bir vaqonunun qapısı nasaz idi. Ona görə də sərnişinləri boşaldıb depoya göndərdik.

Bu sözləri Teleqraf.com-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, depoya göndərilən qatarın yerinə xətt başqa qatar buraxılıb:

“Aradan bir qatar çıxdığına görə bir az interval yarandı. Daha sonra problem aradan qalxdı”.

Qeyd edək ki, bu gün səhər saat 08:30 radələrində Bakı metrosunda qatar "Həzi Aslanov"dan "İçərişəhər"ə sərnişinsiz gedib. Növbətçinin "Qatara minik yoxdur" xəbərdarlığı sonrası platformaya daxil olan qatar saxlamadan yoluna davam edib. Bu səbəbdən də interval yaranıb.


Müəllif: Şəfiqə Nazimqızı