13 May 2014 15:22
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunlar üçün növbəti məşğulluq tədbirini mayın 16-da Qafqaz Universitetində keçirəcək.

Teleqraf.com-un məlumatına görə, tədbirin məqsədi tələbələrlə, xüsusən ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında əlaqələrin yaradılmasına xidmət edir.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələrinin, o cümlədən bir çox iri şirkətlərin nümayəndələri tədbirə dəvət olunacaq, onlara ixtisaslı kadrların seçiminin aparılması imkanı yaradılacaq. Həmçinin boş (vakant) iş yerləri tələbə və məzunların seçiminə təqdim olunacaq.

Cari ilin ötən dövründə “Odlar Yurdu” Universitetində və Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının iştirakı ilə) keçirilən belə tədbirlərdə ümumilikdə 376 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib, 45 nəfər peşə hazırlığına cəlb olunub, işəgötürənlər tərəfindən 1220 nəfər tələbə və məzundan şəxsi məlumatlar (CV) qəbul olunub.

Naibə


Müəllif: