4 May 2016 15:48
174

Bu gün Dövlət Gömrük Komitəsində ümumilli lider Heydər Əliyevin anadan olmasının 93 illliyi ilə bağlı tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan DGK sədri Aydın Əliyev Heydər Əliyevin doğum günü ilə bağlı nəinki ölkə daxilində, eləcə də dünyanın müxtəlif yerlərində geniş tədbirlər keçiriləcəyini deyib.

Komitə sədri Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçılarına çatdırmaq üçün ANS Şirkətlər Qrupunun rəhbəri Vahdi Mustafayevə söz verib. Vahid Mustafayev mərhum prezidentin jurnalistlərlə görüşündən, onun mediaya münasibətindən danışıb.


Sonra ANS-in Heydər Əliyevlə bağlı arxiv materialları əsasında hazırladığı videogörüntü nümayiş etdirilib.

Naibə QURBANOVA


Müəllif: