9 İyul 2016 21:55

İmişli sakinini elektrik cərəyanı vurub öldürüb. APA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Sərxanlı kəndində 1935-ci il təvəllüdlü Abbasov Fəqan Məhəmməd oğlu evində işləyərkən, onu elektrik cərəyanın vurub. F. Abbasov hadisə yerində ölüb.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə göndərilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Müəllif:
Загрузка...