24 Aprel 2017 15:36
1 147
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlayan 1993-cü il təvəllüdlü Vasif Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Lökbatan qəsıbəsindəki kafelərdən birində Vasif Məmmədov adlı şəxs birlikdə yeyib-içdiyi Turan Cəbiyevlə mübahisə edib.

Onların mübahisəsi sonda qanlı olayla bitib. Vasif Məmmədov Turan Cəbiyevə bir neçə bıçaq zərbəsi endirib. Xəstəxanaya çatdırılan Turan Cəbiyevin həyatını xilas etmək mümkün olub.

Hakim Rauf Əliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Vasif Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: