17 İyun 2017 21:27
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Hökməli qəsəbəsi ərazisində qeydə alınıb.

Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Ayna Məmmədova evində naməlum şəraitdə bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov