23 İyul 2017 20:01
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda iki minik avtomobili toqquşub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qovlar kəndində qeydə alınıb. “VAZ2106” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər qadın yüngül xəsarət alıb.

Ona hadisə yerində tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Qəza zamanı avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com