4 Avqust 2017 15:19
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Yenikənd kəndi ərazisində 1972-ci il təvəllüdlü Şahin Rzayev naməlum şəraitdə bıçaqlanıb.

Şahin Rzayev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov