22 İyul 2014 18:38
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan Apelyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqovun apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, prosesdə elan olunmuş qərara əsasən Yadigar Sadıqovun cəzasında 2 il çıxılıb və onun barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Yadigar Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. O, xuliqanlıqda təqsirli bilinib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Yadigar Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: