23 Sentyabr 2017 00:13
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəruimanov rayonunda oğurluq hadisələri baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində 1 çay evindən və 1 internet klubdan pul, noutbuk, 6 ədəd oyun aparatı və qəlyan oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 18-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Asif Qalimov tutulub.

Onun dostu Əhliman Abdullayevlə birgə “Hyundai” markalı avtomobildən 50 manat pul, həmçinin faraları sökərək oğurlaması da müəyyən edilib.

Keçirilən əməliyyat nəticəsində Əhliman Abdullayev həbs edilib.


Müəllif: Hacı Zeynalov