16 Oktyabr 2017 19:09
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlara məxsus mal-qaranın oğurlanması hallarının qarşısının almaq və bu cinayətləri törədənləri ifşa etmək istiqamətində polis orqanları əməliyyat tədbirləri keçirib.

Teleqraf.com xəbər verir ki, Qazax rayon sakinləri Paşa Əyyubov və qardaşı Həsən rayonun Fərəhli kəndi ərazisindəki otlaq sahəsindən 5 baş inəyin oğurlanması barədə polis şöbəsinə məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Əziz Əliyev və qardaşı Kainat tutulublar.

Qusar rayon polis şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində isə oktyabrın 15-nə keçən gecə Samur qəsəbəsindəki evlərdən birinin həyətindən 9 baş qoyunu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri Rəhim Butayev və Murad Məhsimov tutulublar.


Müəllif: Hacı Zeynalov