19 Noyabr 2017 15:18
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayonunda xuliqanlıq cinayəti baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini, 1975-ci il təvəllüdlü Vüqar Əliyev sərxoş vəziyyətdə tanışı ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib və o, döyülərək ağır xəsarətlər alıb.

Vüqar Əliyev yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov