21 Noyabr 2017 15:07
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayon polis şöbəsi rayon ərazisində məscidlərdən, evlərdən və mağazalardan silsilə oğurluq edən cinayətkar dəstəni zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, müxtəlif vaxtlarda rayon sakinlərinə məxsus evlərdən, mağazalardan və rayonda fəaliyyət göstərən 6 məsciddən oğruluq edən şəxslərin rayon sakinləri Kamran Muradov, Tural Lelimadovun və Mehman Gəncəyevin olduğu aydınlaşdırılıb.

Hər üç şəxs tutularaq istintaqa təhvil verilib və oğurladıqları əşyalar maddi sübut kimi götürülüb.

Araşdırmalar zamanı bu şəxslərin bir araya gələrək qrup şəklində ayrı-ayrı vaxtlarda 12 fakt üzrə cinayət törətdikləri məlum olub.

Onlar rayon sakinlərinə 4350 manat maddi ziyan vurub. Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov