22 Noyabr 2017 12:03
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı ASC-nin Şamaxı filialının müdir müavini Əlisultan Məmmədov, bankın əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova və Hacıalı Cavadovun məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsind zərərçəkmiş şəxs qismində Elvin Cavadov ifadə verib.

O bildirib ki, təqsirləndirilən Hacalı Cavadov onun qohumudur. Hacalı Cavadov onun adına bankdan kredit götürüb, amma özünün həmin kreditin götürlməsindən xəbəri olmayıb: “Sənədlərə mən imza atmamışam. Bu barədə heç bir məlumatım yoxdur”.

Hacalı Cavadov sənədlərə özünün imza atdığını, qohumunun bundan xəbərsiz olduğunu deyib: “Mən rayonda bir çox dövlət obyektlərinin tikilməsinə nəzarət etmişəm. Qohumum da yanımda çalışıb”.

Növbəti proses noyabrın 29-da davam edəcək.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.


Müəllif: Hacı Zeynalov