16 Yanvar 2018 11:38
1 204
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanvarın 15-də Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini Ruslan Təhməzov saxlanılıb.

Baxış zamanı onun üzərindən 1,2 qram həşiş aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib, oradan əlavə olaraq 30,5 qram həşiş, həyətindəki yardımçı təsərrüfatdan isə “AKM” markalı silah və içərisi patronla dolu 2 patron darağı aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov