12 Avqust 2014 11:15
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə həyətyanı sahəsində külli miqdarda çətənə kolları əkib becərən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə Azərbaycan Baş Prokurorluğu, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər sakini, 1974-cü il təvəllüdlü Quliyev Arzu Pərviz oğlunun yaşadığı “Gəncə şərab 2”nin bağçılıq ərazisində yerləşən yaşayış massivindəki evin həyətyanı sahəsində xüsusi kultivasiya yolu ilə əkib becərilən 27 ədəd hündürlüyü 3 metr, 67 ədəd hündürlüyü 2,7 metr olan və 14 ədəd hündürlüyü 1 metr olan 108 ədəd ümumi çəkisi 633 kq 300 qram olan çətənə kolları aşkar edilərək götürülüb. Məlumata görə əvvəllər Arzu Quliyev Cinayət Məcəlləsinin 243.1 (fahişəliyə cəlb etmə) və 127.2.2 (az ağır xəsarət yetirmə) maddələri ilə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı toplanmış materiallar Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işinə əlavə edilərək araşdırma aparılır

/APA/


Müəllif: