8 May 2014 10:20
10 595

Şamaxı şəhər sakini, 1975-ci il təvəllüdlü İlham Hüseynov həmyerlisi, 1994-cü il təvəllüdlü Vəfanı (ad şərti verilib) zorlayıb.

Teleqraf.com-un araşdırmasına görə, hadisə 2012-ci il avqust ayının 4-də Şamaxı şəhərində baş verib.

İyulun 26-da İlham Hüseynov 20 yaşlı Vəfanı evlənmək məqsədilə qaçırıb. Vəfa İlham ilə könüllü olaraq qaçıb. İlham Hüseynov Şamaxının kəndlərindən birində yaşayan Vəfanı rayon mərkəzindəki evinə gətirib.

O, avqustun 4-də, gecə saat 02:25-də özünə məxsus evdə Vəfa ilə qeyri-təbii yolla cinsi əlaqədə olub. O, həmçinin Vəfanı digər seksual xarakterli hərəkətlər etməyə məcbur edib. Bununla da qızı zorlayan İlham Hüseynovdan Şamaxı polisinə şikayət olunub. Şikayət əsasında İlham Hüseynov həbs edilib.

“Toyumuz olub”

İlham Hüseynov Cinayət Məcəlləsinin 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) maddəsi ilə ittiham edilib və cinayət işi baxılması üçün Şamaxı şəhər Məhkəməsinə göndərilib. Cinayət işini hakim Təranə Hüseynova araşdırıb.

Məhkəmədə ifadə verən İlham Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şamaxı şəhərində saç ustası işləyən Vəfanı öz razılığı ilə evlənmək məqsədilə qaçırıb: “Vəfanı Ağsu rayonunun “N” saylı kəndində yaşayan bacım Samirənin (ad şərti verilib) evinə gətirdim. Vəfa 26 iyul tarixdən 29 iyul 2012-ci il tarixə qədər həmin evdə qalıb. İyulun 29-dan avqustun 11-nə kimi olan müddətdə Şamaxı şəhərində yerləşən atamın evində yaşamışıq. Avqustun 11-də Vəfa ilə Şamaxı şəhərində yerləşən şadlıq evlərinin birində toy məclisimiz olub”.

“Cinsi əlaqədə olmamışam, Vəfa mənə böhtan atır”

İlham Hüseynovun sözlərinə görə, avqustun 12-də Vəfa yaxın qohumları tərəfindən onun evindən atası evinə aparılıb: “Nə Ağsu rayonunda bacımın evində, nə də atamın evində Vəfa ilə birlikdə yaşadığım müddətdə onunla nə təbii, nə də qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Vəfanən mənə qarşı ifadəsindəki göstərdikləri böhtandır. O, kimlərinsə təsiri ilə mənə böhtan atır. Özümdən asılı olmayan səbəblərdən məndə cinsi zəiflik yaranıb. Buna görə də cinsi əlaqəyə girmək iqtidarında deyiləm”.

“İlhamın təkidi ilə cinsi əlaqədə olduq”

Vəfanın ifadəsinə görə, İlham Hüseynovla bir neçə il əvvəl tanış olub. O, deyib ki, öz razılığı ilə iyulun 26-da İlhama qoşularaq qaçıb: “26 iyuldan avqustun 1-nə qədər İlhamın bacısıgildə qalmışıq. Həmin müddət ərzində İlham mənimlə cinsi əlaqədə olmağı təklif etsə də, buna razılıq verməmişəm. Yalnız toy mərasimindən sonra bunun mümkün olduğunu demişəm. Avqustun 4-də İlhamın atasının Şamaxı şəhərində yerləşən evində idik. Bu zaman İlhamın təkidi ilə qeyri-təbii yolla cinsi əlaqədə olduq. Cinsi ehtirasını təbii yolla söndürmək istəyən İlham bunu bacarmadı. Etirazıma baxmayaraq İlham bu hərəkətləri edib.

“Toy gecəsi İlham mənimlə cinsi əlaqədə ola bilmədi”

Vəfanın ifadəsinə görə, ailəsinin dağılmaması və el arasında biabır olmaması üçün İlhamın ona qarşı etdiyi əxlaqsız seksual xarakterli hərəkətlərə dözüb və onunla qeyri-təbii yolla cinsi əlaqəyə girməyə məcbur olub: "Avqustun 11-də yaxın qohumlarının iştirakı ilə İlhamla toy mərasimi keçirildi. Gəlin kimi İlhamın atası evinə gətirildim. Toy gecəsi İlham mənimlə təbii yolla cinsi əlaqədə ola bilmədiyindən yaxın qohumlarım tərəfindən ata evinə aparıldım”.

“Qızımın adına söz-söhbət yaranmasın deyə razılaşdım”

Məhkəmədə şahid qismində ifadə verən Teymur (ad şərti göstərilib- H.Z.) deyib ki, Vəfa onun qızıdır. Onun sözlərinə görə, qızını qaçıran İlham Hüseynovbun atası Hesabxan və onun ailə üzvləri ilə aralarında ədavət, şəxsi qərəzlik və düşmənçilikləri olmayıb: "İyulun 26-da, saat 18:00-da Şamaxıda saç ustası işləyən qızımın işdən evə gec gəlməsindən narahat oldum. Qızımla telefon əlaqəsi saxlamaq istəsəm də, telefona zəng çatmadı. Bir qədər sonra Şamaxı şəhər sakini Hesabxan Hüseynov zəng edərək oğlu İlhamın qızımı qacırdığını bildirdi. Hesabxan daha bu gundən qohum olduğumuzu, bu barədə hüquq- mühafizə orqanlarına şikayət etməməyimi xahiş etdi. Mən də qızımın adına başqa söz-söhbət yaranmasın deyə onlarla razlaşdım”.

“İlhamın kişilik qabiliyyətinin olmadığını öyrəndim”

Teymurun sözlərinə görə, avqustun 9-da Vəfanın bacısı Səmayə (ad şərti göstərilib-H.Z) zəng edərək onu evə gətirməyini xahiş edib: “Həmin gün Vəfa ilə telefonda danışdım. Qızıma “sən məni biabır etmək istəyirsən, sənin oradan meyidin çıxacaq” dedim. İlhamın valideyinləri ilə mənim və ailə üzvlərim arasında razılıq olduqan sonra avqustun 11-də İlham ilə Vəfanın toy mərasimi keçirildi. Səhəri gün Vəfadan xoş xəbər gətirmələri üçün qohumlarımı Hesabxanın evinə göndərdim. Vəfanın yengələri evə gəldikdən sonra həyat yoldaşım Səbinədən toy gecəsi İlhamın Vəfa ilə cinsi əlaqədə ola bilməməsini öyrəndim. Avqustun 12-də, saat 07.00-da həyat yoldaşım Vəfa ilə danışdı. Vəfa onu evə gətirməyimi xahiş etdi. Buna görə də Hesabxanın evinə getdim. İlhamın kişilik qabiliyyətinin olmamasını öyrəndikdən sonra Vəfanı evə apardım. Evdə qızımdan nə baş verdiyini açıq danışmasını tələb etdim. Vəfa avqustun 4-dən 10-na kimi müddətdə başına gələnləri danışdı. İlhamın qızımla qeyri-təbii yolla dəfələrlə məcburi şəkildə cinsi əlaqədə olduğunu öyrəndim. Bu hərəkətlərinə görə İlham Hüseynovdan rayon polis şöbəsinə şikayət ərizəsi yazdım”.

1 il cəza və etiraz

Məhkəmə şahid ifadələrini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə İlham Hüseynov 1 il müddətinə azadlıqdan məhrum edilib. İlham Hüseynov hökmdən narazı qalıb və apelyasiya şikayəti verib. İlham Hüseynovun vəkili Əyyat Abdullayev Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət göndərib.

Məhkumun müdafiəçisi apelyasiya şikayətində qeyd edib ki, müdafiəsi altında olan şəxsin əməli cinayət deyil, gənc ailənin intim münasibətdə olmasıdır. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Müdafiəçinin fikrincə, verilmiş ittiham yalnız zərərçəkmiş şəxsin ifadəsi əsasında qurulub və işin fakti halları ilə ziddiyyət təşkil edir: “Zərərçəkmiş bir tərəfdən ərə getdiyi adamın kişilik qabiliyyətinin olmamasını bildirir, digər tərəfdən isə həmin şəxsin onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını göstərir. Zərərçəkmiş şəxsin ifadəsindəki bu kimi ziddiyyətli məqamlara isə nə istintaq orqanı, nə də birinci instansiya məhkəməsi tərəfindən aydınlıq gətirilib”.

Məhkəmə zalından azad edildi

İlk dəfə cinayət məsuliyyətinə cəlb olunan şəxsin əməlində cəzanı ağırlaşdıran halların olmadığını qeyd edən müdafiəçi İlham Hüseynovun barəsində ağır cəza təyin olunduğunu iddia edib. Vəkil İlham Hüseynova məhkəmə tərəfindən təqsirli bilindiyi maddənin sanksiyasında alternativ cəzaların olduğu halda, niyə məhz azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi səbəblərinin izah edilmədiyini qeyd edib.

Sumqayıt Apelyasiya Məhkəməsində işə hakim Mübariz Zeynalov baxıb. Prosesdə tərəflərin fikirləri dinlənildikdən sonra qərar elan edilib. Qərara görə, İlham Hüseynovun apelyasiya şikayəti təmin edilib və Şamaxı rayon Məhkəməsinin hökmü ləğv edilib. Məhkəmə İlham Hüseynova aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 7 ay 15 gün müddətinə islah işləri cəzası təyin edib. O, məhkəmə zalından sərbəst buraxılıb.

Hacı Zeynalov


Müəllif: