6 Fevral 2015 14:22
1 750
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krasnodar vilayətində polis taksi sürücüsünə bıçaqla xəsarət yetirən 24 yaşlı qızı saxlayıb.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, hadisə otellərin birinin qarşısında baş verib. Alkoqol qəbul edən xanım sifariş etdiyi taksinin sürücüsünə saunaya gedib, vaxt xoş keçirməyi təklif edib. Sürücü isə bundan imtina etdiyində qız çantasında gəzdirdiyi bıçaqla kişinin qarın boşluğuna bir neçə zərbə endirib.

Xoşbəxtlikdən yaxınlıqdan keçən polis əməkdaşları bunu görüb və yaralı dərhal xəstəxanaya aparılıb. Saxlanılan xanıma isə sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi başlanılıb.

Yayılan məlumatlara görə, içkili qız sevdiyi oğlanın yanına getmək üçün taksi sifariş edib. Taksiyə əyləşəndən sonra isə o, fikrini dəyişib və sürücüyə onunla saunaya getməyi təklif edib. Rusiyanın bəzi media portalları qızın pulunun olmadığını və bunun üçün də yol pulu qarşılığında sürücüyə intim münasibət təklif etdiyini iddia ediblər.

Faktla bağlı araşdırmalar davam edir.

Samir


Müəllif: