10 Mart 2015 16:07
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli biıinən “Oskar Qrup” MMC tikinti şirkətinin direktoru Muxtar Bayramovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, Muxtar Bayramov vətəndaşların etibarından sui-istifadə edərək payçıların pulunu mənimsəməkdə ittiham olunub. O, vətəndaşların Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciəti əsasında keçirilən əməliyyat zamanı saxlanılıb və barəsində cinayət işi başlanıb. Muxtar Bayramov ətəndaşların etibarından sui-istifadə edərək payçıların pulunu mənimsəməkdə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muxtar Bayramov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə iş üzrə Muxtar Bayramova qarşı qaldırılmış mülki iddaların təmin edilməsi barədə qərar qəbl edib. Hökmdən narazı qalan Muxtar Bayramov apelyasiya şikayəti verib. O, həm cəzasının yüngülləşdirilməsini, həm də barəsində çıxarılmış mülki iddaların təmin edilməsi barədə qərarın ləğv edilməsini istəyib.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü mülki iddianın təmin edilməsi ilə bağlı hissədə ləğv edilib. Məhkəmə Muxtar Bayramova qarşı qaldırılmış mülki iddaları əsassız hesab edib və təmin edilməməsi barədə qərar açıqlayıb. Məhkəmə Muxtar Bayramovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif: