4 İyul 2015 00:56

"Kapital Bank" ASC-nin Abşeron filialına silahlı basqın olub. APA-nın məlumatına görə, bir nəfər silahlı şəxs qarət məqsədilə banka daxil olaraq mühafizəçiyə bıçaqla xəsarət yetirib, daha sonra tapança ilə atəş açıb. Mühafizəçi bıçaq və güllə yarası alıb.

Məlumata görə, şübhəli şəxs məqsədinə çatmayıb və bankdan heç nə götürməyərək ərazindən uzaqlaşıb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hazırda hadisə yerində istintaq tədbirləri həyata keçirir.


Müəllif:
Загрузка...