23 İyul 2015 14:12

Daxili İşlər Nazirliyi “İnter Travel” şirkətinin direktoru Elnur Əliyevin bir qrup vətəndaşın etimadını qazanaraq onlardan külli məbləğdə pul alması müəyyən edilməsi barədə açıqlama yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “İnter Travel” şirkətinin direktoru, Ağdam rayon sakini Elnur Əliyevin cari ilin fevral-iyul aylarında Bakı şəhər sakinləri Mirəhməd Dadaşovun, Nazim Mustafayevin, Xumar Balaoğlanovanın, Bəhruz Vəliyevin, Mina Adıgözəlovanın, İlqar Həsənovun, Gəncə şəhər sakini Maqsud Ələkbərovun və Qəbələ rayon sakini Emil Məmmədovun etimadlarını qazanıb, onlardan 25360 manat pul alması müəyyən edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...