26 İyul 2015 18:48

Nefçala rayonunda taxıl sahəsində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Xoltəzəkənd kəndində vətəndaşa məxsus ərazidə 8 ha biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...