14 İyun 2014 13:43

Bakı sakininin evində meyiti tapılıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1959-cu il təvəllüdlü Bəxtiyar Əsgərov Hacıbaba oğlu mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına 5-ci mərtəbədəki mənzilin eyvanından enərək içəri daxil olublar. Mənzilə baxış keçirilərkən B.Əsgərov huşsuz vəziyyətdə və 1 nəfər yaşlı qadın aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində B.Əsgərovun vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi və yaşlı qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 11:30-da başa çatıb.


Müəllif: