3 Aprel 2016 08:07
486

Bakının Binəqədi rayonunda silah-sursatın tapılması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Abbas Məmmədovdan “AK” markalı silah, 3 ədəd patron darağı və 231 ədəd patron götürülüb.

Bundan başqa, Naxçıvan şəhər sakini Zahir Tağıyev tapdığı “TOZ-8”, “A”, “İJ-16”, “N” və “Ortsan” markalı nömrəsi silinmiş ov tüfənglərini, “Vezirhan” markalı qaz tapançasını və ona aid 30 ədəd patronu, “RQD-5” əl qumbarası alışdırıcısı ilə birgə, 2 ədəd avtomat darağını və 272 ədəd patronu könüllü olaraq Naxçıvan Şəhər Mühafizə Şöbəsinə təhvil verib.

Hacı Zeynalov


Müəllif: