Bakının Səbail rayonunda qadının döyüblər.
Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb. Parkda gəzintiyə çıxan 1973-cü il təvəllüdlü Sevinc Məmmədova hücuma məruz qalıb. Sevinc Məmmədovaya hücum edən şəxs insanların gözü qarşısında onu vəhşicəsinə döyüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hacı Zeynalov