5 İyul 2014 22:08
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Varis Facebook sosial şəbkəsində şantaj olunub.

Teleqraf.com xəbər verir ki, o, bu barədə mediaya və Facebook istifadəçilərinə müraciət edib. Müraciətdə deyilir: “Əziz dostlar. Son vaxtlar ölkəmizdə kibercinayətkarlıq hallarına ara-sıra rast gəlinir. Belə cinayətlə bu günlərdə biz də üzləşmişik. Belə ki, bir müddət öncə yazıçılıq fəaliyyətimi işıqlandırmaq üçün nəzərdə tutulmuş tanıtım və profil səhifələrinin şifrəsini yararaq onları ələ keçirən xaker səhifələri işlədən köməkçilərimdən biri ilə ünsiyyət qurub 1000 manat müqabilində səhifələri geri qaytarmağı təklifi edib. Xaker 'Rövşən Cavadov', 'Bozqurd Millətçi', 'Danışan şəkillər' ,'Fırtına fan klubu' kimi profillərə və səhifələrə soxularaq həmin profil və səhifələrdən çat vasitəsilə yazmaqla köməkçimdən israrla pul tələb edib. Bununla razılaşılmadığını görəndə isə profil səhifəsinin inbox hissəsində photoshop proqramında hazırlanan əsasən əxlaqsızlıqdan ibarət bir neçə profil yazışması qoyaraq səhifləri geri qaytarıb və bu dəfə həmin yazışmaları mətbuata ötürəcəyi, sosial şəbəkədə paylayaşacağı hədə-qorxusu ilə pul tələb etməyə başlayıb. Məsələ dərhal kibercinayətlə mübarizə aparan xüsusi orqanların diqqətinə çatdırılmışdır. Hal-hazırda bu insanın aşkar edilərək zərərsizləşdirilməsi üzrə fəaliyyət aparılır”.


Müəllif: