Kukla Teatrında məşhur uşaq yazıçısı, dramaturq Samuil Marşakın “Pişiyin evi” nağılı səhnəyə hazırlanır.
Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tamaşa martın sonlarında kukla teatrı həvəskarlarının ixtiyarına veriləcək.
Gənc rejissor Anar Məmmədovun quruluşunda hazırlanan birhissəli uşaqlar üçün tamaşa kuklalarla yanaşı canlı planda aktyor oyunu üzərində qurulub.
Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Teatrın aparıcı aktyoru, əməkdar artist Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilən tamaşada əsas obrazı da məhz yubilyar oynayacaq.
Nərmin