1 İyun 2017 14:09
1 610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah saat 15:00-da Yazıçılar Birliyinin Natəvan Klubunda Şah İsmayıl Komissiyasının dəstəyi ilə çap edilən “Böyük adam olmuş uşaq – Şah İsmayıl Xətai” və “Azərbaycan Səfəvi-Qızılbaş imperiyası” kitablarının və Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi üçün keçiriləcək hekayə müsabiqəsinin təqdimatı keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, “Böyük adam olmuş uşaq – Şah İsmayıl Xətai” komimiks hekayənin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq, rəssamı isə Vasif Səftərovdur. Uşaqlar üçün nəzərdə tutulan bu kitabda Şah İsmayıl Xətainin yaradıcılığı və sərkərdəliyi şahın öz dilindən verilir.

“Azərbaycan Səfəvi-Qızılbaş imperiyası”nın tanıtım kitabı isə “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupu tərəfindən hazırlanıb. Hər iki əsər “Hədəf” Nəşrlər Evinin sponsorluğu ilə çap edilib.

Yazıçılar Birliyinin Şah İsmayıl Komissiyasının sədri, müsabiqə layihəsinin rəhbəri Şəmil Sadiqin verdiyi məlumata görə Şah İsmayıl Xətainin adının, ideologiyasının, sənətinin əbədiləşdirilməsi məqsədilə “Qızılbaş” beynəlxalq tarixi hekayə müsabiqəsinin şərtləri təqdimat günü elan ediləcək.


Müəllif: Səxavət