Türk musiqisinin imperatoru İbrahim Tatlısəsin mahnılarının müəllifi Əli Təkintürə dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, ölüm xəbəri imperatoru yasa boğub. O, sosial media hesabından Əli Təkintürə ilə fotosunu bölüşərək duyğularını yazıb:
“Hansımız sevmədik”, “Tanrım, məni başdan yarat”, “Dilək daşı”, “Sürünürəm”, “Baharı gözləyən vəhşi göyərçinlər kimi” kimi mahnıların söz müəllifi Əli Təkintürə uzun müddətdir xərçəng müalicəsi alırdı, amma 67 yaşlı usta sənətkar Əli Təkintürə bu gün səhər müalicə aldığı xəstəxanada həyatına vida edib”.