8 Fevral 2019 22:28
1 524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur ingilis aktyoru Albert Finni 82 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, A.Finni beş dəfə Oskar mükafatına namizəd olub. O, Kral Dramatik İncəsənət Akademiyasında teatr aktyoru kimi fəaliyyətə başlayıb.

Aktyor sonralar özünü filmlərdə sınayıb. “Şənbə gecəsi və bazar günü”, “Tom Cons”, “İki yol”, “Böyük balıq”, “Bornun ultimatumu” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. Qızıl Qlobus, Emmi və s. mükafatlar laureatı olan Finni, dörd dəfə ən yaxşı aktyor adına layiq görülüb.


Müəllif: Teleqraf.com