“Qisas almadan ölmə.Keçmişdən məktublar” filmi Kazanda qalib olub.
“Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a verilən məlumata görə, “Qisas almadan ölmə.Keçmişdən məktublar” filminin rejissoru Oktay Mir Qasım X Beynəlxalq Kazan Film Festivalının “Ən yaxşı bədii film rejissoru” nominasiyası üzrə mükafata layiq görülüb.
Qeyd edək ki, “Azərbaycanfilm”in istehsalı olan filmin operatoru Nikolay İvasiv, bəstəkarı Elmar Feldir. Ekran əsərində əsas rollarda Ramiz Əzizbəyli, Ayan Mir Qasımova, Füzuli Hüseynov və başqaları çəkiliblər. Filmdə azərbaycanlı aktyorlarla yanaşı, məşhur alman və gürcü aktyorları da rol alıb. Filmin süjeti 1819-cu ildən Azərbaycanda məskunlaşmış almanların 1941-ci ildə Stalinin əmri ilə deportasiya olunması, bu zaman yaşadıqları faciənin əks -sədası üzərində qurulub. Ekran əsərinin çəkilişləri Azərbaycan, Gürcüstan və Almaniyada aparılıb.
Nərmin