21 Oktyabr 2019 16:00
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.

Teleqraf.com xəbər verir ki, film növbəti dəfə müəllifinə uğur qazandırıb.

Azərbaycan istehsal olan ‘‘Şollerin arxivi‘‘ bədii filmi ABŞ-ın “The Green Mountain Christian Film Festival”ında bir gündə iki mükafata layiq görülüb.

Ekran əsəri ABŞ-dakı Baptist Fellovship kilsəsində keçirilən festivalda “Ən yaxşı xarici film” və “Ən yaxşı xarici direktor” kateqoriya üzrə qalib olub. Filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımovdur .

Ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

Triller janrında çəkilmiş ekran əsərində Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Rövşən Kərimduxt, Ramiz Vəliyev, Sevda Ələkbərova, aktyor Mətləb Ərdəbilli və başqaları rol alıblar.

Filmin süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulub. Filmin çəkilişləri Gəncə, Göygöl, Tovuz və Bakıda aparılıb.

Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib. Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.


Müəllif: Dəniz Pənahova