Aktyor Ziya Ağa Akademik Milli Dram Teatrında işlədiyi üçün onu qınayanları təhqir edib.
Teleqraf.com xəbər veir ki, Ziya Ağa sosial şəbəkədə bu sözləri qeyd edib: “Eşitmişəm ki, məni Akademik Milli Dram Tetarında işlədiyim üçün qınayanlar, artıq-əskik danışanlar var. Ziya teatrın rəhbəri Azər Paşa Nemətovun sözlərini, əməlini udur deyənlər var.
Heyif ki, dəqiq bilmirəm kimdir, amma yəqin ki, “mama”sını tanıyıram.
Mən teatr, peşə ilə məşğulam. Fərq etməz rəhbər kimdir. Və kimsə mənə, şəxsiyyətimə, mənliyimə toxunsa, o yerdə qalmaram.
Həmin adamlara səslənirəm, ürəyiniz, oğlanlığınız varsa, gəlin üzümə deyin! "Mama” söhbətinə görə, üzr istəyirəm. Amma belələrinə başqa cür davranmaq olmur”.