7 May 2014 13:23
1 760
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nabat” filmi Kann Festivalına göndərilib, amma...

“Azərbaycanfilm” kinostudiyasında yeni çəkilən “Nabat” filmi Kann Film Festivalının əsas müsabiqəsi bölümünə təqdim olunsa da, son anda proqrama salınmayıb. Bu barədə Teleqraf.com-a kinostudiyaya yaxın mənbələrdən məlumat verilib.

Filmin yaradıcı heyəti ekran əsərinin Kann Film Festivalının proqramına düşməsinə çox böyük ümidlər bəsləsə də, bu, gerçəkləşməyib. Hətta baş rol ifaçısı iranlı aktrisa Motamed Arya Fatemehin bu filmdə oynaması filmin piarına xidmət edirmiş.

Qeyd edək ki, hərbi-vətənpərvərlik mövzusunda olan “Nabat” bədii filminin quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Abdul Rəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənlidir. Filmin çəkilişləri İsmayıllı rayonunda aparılıb. Rollarda İrandan dəvət olunmuş baş rol ifaçısı Motamed Arya Fatemeh, Ramil Zeynalov, Rəhilə Məmmədova, Sabir Məmmədov və başqaları çəkilib.”Azərbaycanfilm” kinostudiyanın bu yaxınlarda təqdim etdiyi siyahıda qeyd olunub ki, filmin istehsalı başa çatıb.

Pərvin


Müəllif: