8 Dekabr 2022 19:47
1 228
12 Punto 14 Punto 16 Punto 18 Punto

"50 ildir ki, bu teatrda işləyirəm. Bu illər ərzində beş direktorla işləmişəm. Mən indiyə kimi Rəşad Əhmədzadə kimi direktor görməmişəm. Direktor səhnənin də, rejissorun da işini bilir. Biz sənət adamlarına işini bilən direktor lazımdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov bu gün Kukla Teatrında keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, sözügedən mətbuat konfransı noyabrın 21-dən Mədəniyyət Nazirliyi tərəfindən Kukla Teatrında aparılan yoxlamalara həsr olunmuşdu.


Müəllif: Nərmin, Foto: Elnur Muxtar