11 May 2023 17:02
1 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prodüser Gildiyası idarə heyətinin üzvü, rejissor, prodüser Mariya İbrahimova Avropa Film Akademiyasının üzvü seçilib.

Bu barədə Teleqraf.com-a Prodüser Gildiyasından məlumat verilib.

"Cinex" kino şirkətinin rəhbəri olan Mariya İbrahimova beynəlxalq arenada uğur qazanan bir sıra kino layihələrə imza atıb.

Məlumat üçün bildirək ki, Azərbaycan Prodüser Gildiyası kino istehsalında və kino xidmətləri sahəsində ixtisaslaşan prodüserləri cəmləşdirir.

Avropa Film Akademiyası (European Film Academy) 1989-cu ildə Avropa Kino Cəmiyyəti kimi onun ilk prezidenti İnqmar Berqman və 40 kinorejissor tərəfindən Avropa kino sənayesinin maraqlarını inkişaf etdirmək üçün yaradılıb.


Müəllif: Nərmin