8 May 00:23
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Vupi Qoldberq xatirələrində ağır narkotik asılılığından əziyyət çəkdiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "Page Six" nəşri yazıb.

Qoldberq əyləncəli gecələrdə kokaindən istifadə etməyə başladığını qeyd edir.

O deyib ki, tədbirlərdə daimi olanlar polisin heç vaxt “məşhur prodüser və ya aktyorun” evində axtarış aparmayacağını bildikləri üçün özlərini “çox ehtiyatsız” aparıblar.

Aktrisa təhlükəli hesab etmədiyi üçün kokaindən istifadəni özünün nəzarətində saxlayacağına inanıb. Qoldberqin sözlərinə görə, o, çəkiliş meydançasında belə asılılığını gizlədə bilib. Amma işlər onun düşündüyü kimi getməyib, ciddi problemlər başlayıb. Səhhətinin pisləşməsi ilə yanaşı, məşhur ağır halüsinasiyalar da yaşamağa başlayıb. Hansısa məqamda aktrisaya elə gəlbi ki, çarpayısının altında ona hücum etməyə hazır məxluq gizlənib. Bu səbəbdən sənətçi bütün günü yataqdan qalxa bilməyib.

Qoldberq deyib ki, dönüş nöqtəsi ev işçisinin onu bahalı bir otelin şkafında narkotikdən istifadə edərkən yaxaladığı vaxt olub. Daha sonra aktrisa güzgüdə özünü görüb və narkomaniya ilə mübarizə aparacağına qərar verib.

Aktrisa narkotikdən nisbətən asanlıqla əl çəkdiyini etiraf edib. Bunun üçün o, sosial dairəsini dəyişib və bəzi tədbirlərə qatılmaqdan imtina etməli olub.


Müəllif: Pərvin Cəfərova